10:04 19-12-2017
news_image
451
TOP OYUNLARI

Azərbaycan çempionunun oyununa təyinat aldılar

Kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Lokomotiv”in Portuqaliyanın “Fonte Bastardo” klubu ilə görüşü italiyalı Karlo Qoitreyə həvalə edilib.

 

Dekabrın 20-də baş tutacaq qarşılaşmada ikinci hakim funksiyası Ehsanulla Rejaeyan (Fransa) yerinə yetirəcək.

 

Qeyd edək ki, Bakı təmsilçisi ilk qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.