11:30 19-12-2017
news_image
623
TOP OYUNLARI

Yığmamızın Ukrayna ilə oyunlarının vaxtı dəqiqləşdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasında 2 oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, A qrupunda mübarizə aparacaq Faiq Qarayevin yetirmələri yarışa Ukrayna yığması ilə başlayıb, elə onlarla oyunla da bitirəcəklər.

 

Belə ki, voleybolçularımızın bu rəqiblə ilk dueli mayın 20-nə təsadüf edəcək. Qrupda sonuncu oyunumuz - ukraynalılarla matç isə iyunun 6-da olacaq.

 

Qeyd edək ki, qrupumuzda Ukrayna ilə yanaşı, Bolqarıstan və Portuqaliya milliləri yer alıblar.