01:29 20-12-2017
news_image
1282
TOP OYUNLARI

Püşk atıldı: Türkiyədə Azərbaycan derbisi olacaq

Qadınlar arasında voleybol üzrə Türkiyə kubokunun ilk mərhələsində cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvlərinin çıxış etdiyi komandalardan 3-ü növbəti mərhələyə yüksəliblər.

 

Rəqiblərinə qalib gələrək 1/4 finala çıxmağa haqq qazanan “Bəyilkdüzü”, “Beşiktaş” və “Seramiksan”la bərabər “Fənərbaxça”, “Eczaçıbaşı”, “Vakıfbank” və “Qalatasaray” da birbaşa bu mərhələdə çıxış edəcəklər

 

Artıq 1/4 finaldakı rəqiblər də bəllidir. Yana Kulanın çıxış etdiyi “Bəylikdüzü” “Vakıfbank”, Marqarita Əzizovanın oynadığı “Beşiktaş” “Qalatasaray”, Odina Bayramovanın şərəfini qoruduğu “Seramiksan” isə Polina Rəhimovanın komandası “Fənərbaxça” ilə qarşılaşacaq.

 

Qeyd edək ki, 1/4, yarımfinal və final matçları uyğun olaraq 22, 23 və 24 dekabr tarixlərində Ankarada oynanılacaq.