11:13 11-05-2008
news_image
434
STOLÜSTÜ OYUNLAR

Azərbaycanlı voleybolçu Natalya Məmmədova İspaniya çempionatında gümüş medal qazanıb

Bakı. Kənan Həsənov – APA-Sport. İspaniyanın qadınlar arasında voleybol çempionatının final seriyası başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının lideri Natalya Məmmədovanın icarə əsasında çıxış etdiyi “İkaro Palma” klubu çempionatın gümüş medalını qazanıb. Həmyerlimizin komandası həlledici oyunda “Mursiya 2005” klubuna 1:3 hesabı ilə uduzaraq ikinci yeri tutub. Əsas heyətdə mübarizə aparan N.Məmmədova 14 xal toplayaraq İspaniya çempionatının gümüş medalına layiq görülüb.
Qeyd edək ki, müqaviləyə əsasən, İsveçrənin “Volero” klubuna məxsus olan N.Məmmədova bu ölkənin çempionu olub.