15:18 20-12-2017
news_image
727
TOP OYUNLARI

“Olimpiakos” Azərbaycan çempionu ilə qarşılaşa bilər

Kişi voleybolçulardan ibarət “Lokomotiv” klubunun “Çelenc Cup”da potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu bu gün Portuqaliya “Fonte Bastardo”sunu mübarizədən kənarlaşdırarsa, 1/8 finalda Yunanıstanda “Olimpiakos”u ilə üz-üzə gələcək.

 

Ellada təmsilçisi 1/16 finalda Fransa “Tours”unu mübarizədən kənarlaşdırıb. Belə ki, “Olimpiakos” evdə 3:0 hesabı ilə qalib gəldikdən sonra səfərdə eyni hesabla da uduzub. Bu səbəbdən qalib “Qızıl set”də müəyyənləşib. 15:11 hesabı ilə qələbə qazanan yunanlar mərhələ adlayıblar.

 

Qeyd edək ki, “Olimpiakos” ilk matçı evdə, cavab oyununu səfərdə keçirəcək.