09:48 21-12-2017
news_image
890
TOP OYUNLARI

Reynaldo və Bayramov

Kişi voleybolçular arasında “Çelenc Cup” turnirinin 1/16 final mərhələsinin cavab matçları çərçivəsində keçirilmiş “Fonte Bastardo” (Portuqaliya) – “Lokomotiv” (Azərbaycan) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun 0:3 hesabı ilə məğlub olub, “Qızıl set”də qalib gəldiyi görüşün bombardiri Reynaldo da Silva olub.

 

“Fonte Bastardo”nun braziliyalı legioneri komandasının aktivinə 23 xal əlavə edib. O, ən yaxşı hücumçu nominasiyasında da hamını qabaqlayıb – 17 xal. Topu oyuna ən yaxşı daxil edən və ən yaxşı qəbul edən Reynaldonun komanda yoldaşı Aleksandrs Kudryaşovs, ən yaxşı blokçu isə Dioqo Morais seçilib.

 

“Lokomotiv”də ən məhsuldar voleybolçu Vüqar Bayramov olub. Yığmamızın da şərəfini qoruyan hücumçu 17 xal toplayıb. Fərid Cəlalovun digər yetirmələrinə gəlincə, Andrey Vasilenko 10, Rəsul İbrahimov 8, İvan Kazaçkov 6, Dmitri Obodnikov 3, Murad Abdurazakov 2 və Dmitri Baranov 1 dəqiq zərbə vurub.

 

Qeyd edək ki, “Lokomotiv” Bakıda keçirilən matçda 3:1 hesabı ilə qələbə qazanmışdı.