11:28 22-12-2017
news_image
562
FUTBOL

Azərbaycan – Fransa matçının vaxtı müəyyənləşdi

19 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun təqvimi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının oyunlarının da vaxtı müəyyənləşib.

 

III qrupda mübarizə aparacaq komandamız aprelin 4-də Fransa ilə görüşəcək. Ayın 7-də millimizin rəqibi Belçika olacaq. Son turun ayın 10-da baş tutacaq matçında isə komandamız Finlandiya ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, bu qrupun qarşılaşmaları Finlandiyada keçiriləcək.