09:32 27-12-2017
news_image
433
TOP OYUNLARI

Yelizaveta Səmədovanın komandası yenə qalib gəldi

Qadın voleybolçular arasında İtaliya A seriyasında XII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Modena”nı qəbul edib.

 

Qarşılaşma təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Səmədova əvvəlki turlarda olduğu kimi bu dəfə də oyunu azarkeş kimi izləyib.

 

Qeyd edək ki, “Skandiççi” bu qələbədən sonra 3-cü pillədəki yerini qoruyub. Onların aktivində 27 xalı var.