16:41 27-12-2017
news_image
756
TOP OYUNLARI

Yığmamızın oyunçuları seçimlərini etdilər

Azərbaycan çempionatının debütantı olan AVF yığmamızın 2 voleybolçusu ilə müqaviləni rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis Adnan Kistakın çalışdıracağı komanda Ceyran Əliyeva və Ayşən Abduləzimova ilə danışıqları müsbət yekunlaşdırıb.

 

Nəticədə yığmamızın liberosu və blokçusu mövsümün sonuna kimi AVF-nin şərəfini qoruyacaqlar.

 

Hər 2 oyunçu ötən mövsüm “Azərreyl”in şərəfini qoruyub. Onlar qarşılıqlı razılaşmaya əsasən “dəmiryolçular”ın bu il “Çelenc Cup”dakı qarşılaşmalarında forma geyinəcəklər.