12:03 30-12-2017
news_image
5771
TOP OYUNLARI

Azərbaycan çempionu debütantı seçdi

Azərbaycan millisinin voleybolçusu Anastasiya Bessonova özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, “Telekom”un yetirməsi AVF ilə danışıqları müsbət yekunlaşdırıb.

 

Azərbaycan çempionu debütantla mövsümün sonunadək razılıq əldə edib.

 

Bununla da, AVF klubunda yığma oyunçularının sayı 4-ə çatıb. Adnan Kistakın çalışdıracağı komanda Bessonovayədək Ayşən Abduləzimova, Ceyran Əliyeva və Kristina Yaqubova ilə də güclənib.