15:01 30-12-2017
news_image
483
TOP OYUNLARI

Natalya Məmmədova “beşlik”dən kənar düşdü

Qadın voleybolçular arasında Rusiya Superliqasında XI turun yekununa əsasən statistik göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, Kazan “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova bombardirlik yarışında 6-cı pillədə qərarlaşıb.

 

Ötən turlarla müqayisədə “beşliy”i tərk edən təmsilçimiz 11 matçın 36 setində 162 xal toplayıb. Orta hesabla hər hissəyə 4,50 xal yığan Məmmədova 5-ci yerdə gedən Heyli Ekermandan (“Proton”) 3 xal geri qalır.

 

Lider isə Natalya Qonçarovadı. Moskva “Dinamo”sunun şərəfini qoruyan rusiyalı 11 qarşılaşmanın 36 hissəsində 227 dəfə dəqiq oynayıb.