11:18 13-05-2008
news_image
459
STOLÜSTÜ OYUNLAR

Azər Mirzəyev İspaniyada keçirilən beynəlxalq turnirdə erməni şahmatçını məğlub edib

Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Salou şəhərində təşkil olunan beynəlxalq şahmat turnirində V turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, 10-cu dəfə təşkil olunan yarışdakı yeganə təmsilçimiz Azər Mirzəyev uğurlu çıxışını davam etdirir. Hesabat turunda ermənistanlı Karen Movsesyanı məğlub edən qrossmeysterimiz 4,5 xalla liderliyi ələ keçirib. A.Mirzəyev bu gün isveçrəli Sebastyan Maze ilə qarşılaşacaq. Mayın 16-dək davam edəcək və 8145 avro mükafat fondu olan yarışda 56 şahmatçı mübarizə aparır.