18:09 09-01-2018
news_image
218
TOP OYUNLARI

Yığmamızın oyunçusu Fransada liderdi

Qadın voleybolçular arasında Fransa çempionatının XII turunun yekununa əsasən statistik göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Le Cannet” klubunun şərəfini qoruyan Azərbaycan millisinin üzvü Olena Həsənova ən məhsuldar blokçular siyahısına başçılıq edir.

 

12 oyuna blokda 50 xal qazanmış Həsənova bu göstərici ilə 1-ci yerdə qərarlaşıb. Onun ən yaxın izləyicisi Miriyam Klosterin (“Kann”) aktivində 38 xal var.