00:01 11-01-2018
news_image
570
TOP OYUNLARI

Milli üzvü komandasına ÇL-də qələbə qazandırdı

Qadın voleybolçular arasında Çempionlar Liqasının II turuna start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Natalya Məmmədovanın çıxış etdiyi Kazan “Dinamo”su da növbəti oyununa çıxıb.

 

C qrupunda çıxış edən Tatarıstan təmsilçisi Polşa klubu “Xemik”lə qarşılaşıb. Polşada baş tutan görüş “Dinamo”nun rahat qələbəsi ilə yekunlaşıb – 3:0 (17:25, 20:25, 19:25).

 

Oyunu yüksək səviyyədə keçirən Məmmədova komandasının qələbəsinə 14 xalla töhvə verib.