17:02 13-05-2008
news_image
473
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı Vüqar Həşimov reytinq cədvəlində 13 pillə irəliləyib

Bakı. Kənan Həsənov-APA-Sport. Şahmatçıların Peşəkar Assosiasiyası (ACP) 2007/2008 mövsümündə keçirilən yarışların nəticələrinə əsasən, yeni reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, 86 kişi şahmatçının sıralamasında yer alan təmsilçilərimizin mövqeyində dəyişiklik qeydə alınıb. ACP-nin təqviminə daxil olan 6 yarışda iştirak edən milli komandamızın lideri Teymur Rəcəbov bir pillə geriləyib və 1186 xalla 6-cı sırada qərarlaşıb. Yığmamızın digər üzvü, altı yarışa qatılan Vüqar Həşimov 13 pillə irəliləyib. Bakıda təşkil olunan Qran-Pri turnirində qalib gələn qrossmeysterimiz 994 xalla 10-cu yeri tutub. Cəmi iki turnirdə çıxış edən Namiq Quliyev (65 xal) altı pillə geriləyərək 68-ci sıraya düşüb. Siyahıya, iştirak etdiyi 6 yarışın yekununa əsasən 1917 xal toplayan hindistanlı dünya çempionu Vişvanatan Anand başçılıq edir.