11:12 13-01-2018
news_image

Radik İsayev ilk döyüşdə uduzdu

Çinin Usi şəhərində taekvondo üzrə "Grand Slam” seriyası davam edir. Apasport.az saytının məlumatına görə, yarışın üçüncü həftəsində Azərbaycan millisinin lideri Radik İsayev dayanq üzərinə çıxıb.

 

+80 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz mübarizəyə 1/4 finaldan qoşulub. O, ilk cəhdində iranlı Sajjad Mardani ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından İsayev yarışla vidalaşıb.

 

Qeyd edək ki, yanvarın 30-dək davam edəcək turnirdə yığmamız 3 taekvondoçu ilə təmsil olunurdu. Milad Beiqi Harçeqani (80 kq) turnirdə bürünc medal qazandığı halda, Ayxan Tağızadə (68 kq) məğlubiyyətə üzülmüşdü.