12:23 13-01-2018
news_image
673
DİGƏR NÖVLƏR

Dəyişməz mövqelər

Beynəlxalq İdman Atıcılıq Federasiyası yeni ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yanvar üçün müəyyənləşən siyahıda Azərbaycan snayperləri də yer alıblar.

 

Güllə atıcılığı üzrə millimizin lideri Ruslan Lunyov dekabrla müqayisədə mövqeyini qoruyub. O, 25 m məsafəyə atəş açmada  8-ci, 10 m-də 28-ci pillədədi. Lunyovun aktivində müvafiq olaraq, 619 və 72 xalı var.

 

10 m məsafəyə atəş açmada qadınların siyahısında Nigar Nəsirova da yenə 53-cüdü. O, 16 xala malikdi.

 

Stend atıcılarının cədvəlinin ön sıralarında isə Azərbaycan idmançısı yer almayıb.