17:12 15-01-2018
news_image
569
DİGƏR NÖVLƏR

Qılıncoynadanımız Kiyevdə hazırlıq keçəcək

Azərbaycanlı qılıncoynadan Kənan Əliyev Dünya Kubokuna hazırlığı Ukraynada keçəcək. Qılıncoynatma Federasiyasından apasport.az saytına verilən məlumata görə, şpaqaçımız yanvarın 19-23-də baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi altında Kiyevdə təlim-məşq toplanışında iştirak edəcək.

 

Əliyev ardınca, yanvarın 25-26-da Almaniyanın Haydenhaym şəhərində keçiriləcək şpaqa üzrə Dünya Kuboku yarışına qatılacaq.