09:25 16-01-2018
news_image
397
DİGƏR NÖVLƏR

Gimnastımız Osloda bürünc qazandı

Yanvar 12-15-də Norveçin paytaxtı Osloda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyasında təmsil olunub.

 

Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lent ilə göstərərək, 4-cü yerdə qərarlaşıb. Komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışına görə 5-ci olub.

 

Turnirdə hesabımıza yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina yazdırıb. Gimnastımız halqa ilə final çıxışında Sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.