14:09 16-01-2018
news_image
569
TOP OYUNLARI

Azərbaycan çempionatında növbəti matçın vaxtı açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunun tarixi və başlama saatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, I turun “Lokomotiv” – “Azərreyl” görüşü keçirildiyindən digər qarşılaşma yanvarın 18-də olacaq.

 

Həmin gün debütantlar – AVF ilə “Abşeron” üz-üzə gələcək. Saat 18:00-da başlayacaq matç Voleybol Mərkəzində təşkil olunacaq.

 

Oyun “İdman Azərbaycan” kanalı vasitəsi ilə canlı da yayımlanacaq.

 

Qeyd edək ki, çempionatın açılış matçında “Azərreyl” “Lokomotiv”ə 3:0 hesabı ilə qalib gəlib.