12:14 14-05-2008
news_image
490
STOLÜSTÜ OYUNLAR

Azər Mirzəyev İspaniyada keçirilən turnirdə liderdir

Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Salou şəhərində təşkil olunan beynəlxalq şahmat turnirində VI turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışdakı təmsilçimiz Azər Mirzəyev uğurlu çıxışını davam etdirir. Ötən tur ermənistanlı Karen Movsesyanı məğlub edərək liderliyə yüksələn qrossmeysterimiz mövqeyini qoruyub. Reytinqdə turnirin beşinci şahmatçısı olan A.Mirzəyev hesabat turunda fransalı Sebastyan Maze ilə heç-heçə oynayıb. Xallarının sayını 5-ə çatdıran həmyerlimiz bu gün turnirin rusiyalı reytinq favoriti Vladimir Burmakinlə qarşılaşacaq.
Mayın 16-dək davam edəcək və 8145 avro mükafat fondu olan yarışda 56 şahmatçı mübarizə aparır.