09:07 18-01-2018
news_image
521
TOP OYUNLARI

Azərbaycan çempionunda kim necə oynadı?

Kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsi çərçivəsində keçirilən “Olimpiakos” (Yunanıstan) – “Lokomotiv” (Azərbaycan) görüşünün statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələrinin 0:3 hesabı ilə məğlub olduqları matçın ən yaxşı oyunçusu Mikko Oivanen olub.

 

O, Todor Aleksiyevlə birgə bombardirliyə də şərik olub. Hər 2 voleybolçu 12 xal toplayıb.

 

Azərbaycan çempionunun heyətində isə Andrey Vasilenko fərqlənib. Onun 10 zərbəsi komandamıza xal gətirib. Digər voleybolçularımıza gəlincə, Pərviz Səmədov 6, Vüqar Bayramov 4, Dmitri Obodnokovla Aleksey Çervyakov hərəyə 3, İvan Kazaçkov 2, Dmitri Baranovla Murad Abdurazakov hərəyə 1 xal toplayıb.

 

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 1-də olacaq.