12:03 18-01-2018
news_image
595
TOP OYUNLARI

Yığmamızın oyunçusu 3 ildən sonra Polşa çempionatına qayıtdı

Azərbaycan millisinin voleybolçusu Anna Nazarenko karyerasını Polşada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 30 yaşlı blokçu “MKS Kaliş” klubu ilə anlaşıb.

 

3 ildən sonra yenidən Polşa çempionatına dönən milliləşdirilmiş voleybolçu mövsümün sonunadək yeni komandasında çıxış edəcək. O, “MKS Kaliş”ə Macarıstan “Linamar”ından transfer olunub.

 

Qeyd edək ki, Nazarenko 2011-ci ildə Ukraynanın “Ximik” klubundan Bakı “Lokomotiv”inə gəlmişdi. 2 il “dəmiryolçular”ın şərəfini qoruyan blokçu daha sonra PTPS Pila (Polşa), “Forli” (İtaliya) və “Beziers”də (Fransa) də oynayıb.