19:40 21-01-2018
news_image
1052
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov uduzub, gerilədi

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir. Apasport.az saytının məlumatına görə, artıq yarışda 8-ci turun oyunları keçirilir.

 

Super turnirdə Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunu məğlubiyyətlə başa çatdırıb.

 

O, qara fiqurlarla oynadığı partiyada əsas izləyicisi Aniş Qiri ilə üz-üzə gəlib. “Şah” 32-ci gedişdə təslim olub.

 

Bu nəticədən sonra 5,5 xalda qalan Məmmədyarov ikinci pilləyə geriləyib. Aniş Qiri (Hollandiya) isə liderliyə yüksəlib.

 

Qeyd edək ki, 9-cu turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla Vladimir Kramniklə qarşılaşacaq.