16:25 23-01-2018
news_image
573
TOP OYUNLARI

“Azərreyl”də daha bir imza

Bakının “Azərreyl” klubu daha bir voleybolçunun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” ukraynalı Viktoriya Dedkova ilə anlaşıblar.

 

30 yaşlı hücumçu mövsümün sonunadək “Azərreyl”də oynayacaq. 192 sm boya malik Dedkova artıq komandaya qoşulub.

 

Son 2 mövsümü (2015-2017) Qazaxıstan “Altay”ında keçirən Viktoriya Azərbaycan üçün tanış simadı. O, 2011/2012 mövsümündə “Lokomotiv-Biləcəri” klubunun formasını geyinib.

 

Dedkova vətənində “Kruq” (2006-2011), Rusiyada “Voronej” (2012-2014) və Rumıniyada “Satu Mare” (2014-2015) klublarının da şərəfini qoruyub.

 

Qeyd edək ki, “Azərreyl” bu gün ukraynalı toppaylayıcı Alla Politanskaya ilə də müqavilə bağlayıb.