09:16 24-01-2018
news_image
425
TOP OYUNLARI

Bakıya Dupli gəlir

Qadın həndbolçular arasında keçirilən “Çelenc Cup”ın 1/8 final mərhələsinin oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakının “Azəryol” klubunun İsveç “Kristianstad”ı ilə hər 2 görüşü ukraynalı referilərə həvalə olunub.

 

“ABU Arena”da təşkil ediləcək qarşılaşmalarda Marina Dupli və Alyona Kaverina ədaləti qoruyacaqlar. Türkiyəli Kenan Gökmen isə Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi paytaxtımıza gələcək.

 

Qeyd edək ki, “Azəryol” “Kristianstad”la hər iki oyunu Bakıda keçirəcək. Oyunlar fevralın 2-də və 3-də olacaq.