12:41 24-01-2018
news_image
627
TOP OYUNLARI

Azərbaycan çempionu avrokubokda dördüncüdü

Kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin cavab oyunları ərəfəsində yarışın statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, avrokubokun ən yaxşıları sırasında Azərbaycan çempionu “Lokomotiv”in də oyunçuları yer alıblar.

 

Bakı təmsilçisinin heyətində Dmitri Obodnikov blokçuların mübarizəsində 4-cü sırada qərarlaşıb. Yığmamızın da şərəfini qoruyan voleybolçu 5 oyunun 19 setində 13 dəfə rəqib hücumunun qarşısını xalla alıb.

 

Top qəbulunda Rəsul İbrahimovla Vüqar Bayramov fərqləniblər. Onlar müvafiq olaraq, 9-cu (39,77 faiz) və 10-cu (38,68) yerdədi.

 

Bayramov bombardirlər yarışında isə 21-ci pillədədi. O, 52 hücumunu dəqiq tamamlayıb.

 

Qeyd edək ki, “Lokomotiv” 1/8 finalın ilk oyununda Yunanıstan “Olimpiakos”una 0:3 hesabı ilə uduzub. Cavab görüşü isə fevralın 1-də Bakıda olacaq.