09:43 15-05-2008
news_image
441
STOLÜSTÜ OYUNLAR

Vasili İvançukun beş oyunluq qələbə seriyasını Teymur Rəcəbov qırıb

Bakı. Kənan Həsənov - APA-Sport. Bir günlük fasilədən sonra Bolqarıstanın paytaxtı Sofiyada keçirilən şahmat üzrə “M-Tel Masters” superturnirinin ikinci dövrəsi start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, VI turda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov start matçında uduzduğu Vasili İvançukla qarşılaşıb. Öncə keçirdiyi bütün görüşlərdə qalib gələn ukraynalı qara fiqurlarla oynayan həmyerlimizin müqavimətini qıra bilməyib və tərəflər yarım xalla kifayətləniblər. Bu, 21 yaşlı şahmatçımızın ardıcıl beşinci heç-heçəsi olub. Digər görüşlərdə Veselin Topalov (Bolqarıstan) Levon Aronyana (Ermənistan), İvan Çeparinov (Bolqarıstan) Bu Xianqziyə (Çin) qalib gəlib. VI turdan sonra turnir cədvəlinə 5,5 xalla V.İvançuk başçılıq edir. V.Topalov 4,5, İ.Çeparinov 3, T.Rəcəbov 2,5, L.Aronyan 1,5, B.Xianqzi 1 xal toplayıb. Bu gün VII tur çərçivəsində V.İvançuk – V.Toplaov, T.Rəcəbov – B.Xianqzi, İ.Çeparinov - L.Aronyan oyunları keçiriləcək.