17:14 24-01-2018
news_image

Azərbaycan Türkiyə ilə birgə Bakıda hazırlıq keçir

Cüdo üzrə Azərbaycan millisi fevralda Fransanın Paris və Almaniyanın Düsseldorf şəhərlərində keçiriləcək “Böyük Dəbilqə” yarışlarına hazırlaşırlar. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında hazırlıq prossesi keçirən komandamızla yanaşı, Türkiyə yığmasının cüdoçuları da toplanışa qatılıb.

 

Həmçinin, Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstan çempionatının mükafatçılarından ibarət cüdoçular da təlim-məşq hazırlıqlarında iştirak edirlər.

 

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında keçirlən hazırlıq prossesinə yanvarın 26-sı yekun vurulacaq.