01:41 25-01-2018
news_image
808
FUTBOL

“Arsenal” derbini qazanıb, finala çıxdı - VİDEO

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Mançester Siti”dən sonra “Arsenal” da finala yüksələn tərəf olub.

 

London klubu derbidə doğma meydanda “Çelsi”yə qalib gəlib. Komandalar arasındakı ilk oyunda hesab açılmamışdı. Bu matçda 2:1 hesablı qələbə qazanan “topçular” həlledici oyuna çıxamağa haqq qazanıblar.

 

Arsen Vegngerin komandasında Qranit Caka fərqlənib, digər qolu isə Rüdiger öz qapısından keçirib. “Çelsi”nin təsəlli qolu isə Eden Azara məxsusdu.

 

Qeyd edək ki, ilk yarımfinal matçında “Mançester Siti” “Bristol”a qalib gəlmişdi – 3:2.