20:26 25-01-2018
news_image
7047
FUTBOL

“Qarabağ”dan bir bərabərlik, bir məğlubiyyət - YENİLƏNİB

Qış hazırlıqlarını Antalyada davam etdirən “Qarabağ” bu gün iki sınaq matçı keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ilk olaraq Makedoniyanın “Şkupi” klubu ilə üz-üzə gəlib.

 

Görüşdə hesab açılmayıb. 

 

Qurban Qurbanovun komandası ikinci oyununda Ukrayna təmsilçisi “Mariupol”la qarşılaşıb. Bu oyunda isə 5 qol vurulub. Rəqib 3:2 hesablı qələbəyə sevinib. "Qarabağ"ın bir qolunu Miçel, digərini isə rəqib öz qapısına vurub.

Qeyd edək ki, buna qədər iki sınaq oyunu keçirən “Qarabağ” ilk matçında “Kuban”la 2:2, digər görüşdə isə “Lexiya” (Polşa) ilə 1:1  hesablı heç-heçəyə razılaşıb.
 


Yoxlama oyunları

 

 

“Qarabağ” (Azərbaycan) – “Şkupi” (Makedoniya) - 0:0

 

“Qarabağ”: Anton Kanibolotski, Elvin  Yunuszadə, Qara Qarayev, Arif Daşdəmirov, Zaur Fərzəliyev, Coşqun Diniyev, Əsgər Hüseynov, Dani Kintana, Tarik Elyunussi, Ağabala Ramazanov, Ramil Şeydayev

 

 

“Qarabağ” (Azərbaycan) – “Mariupol” (Ukrayna) - 2:3

Qol: Miçel, 58, avtoqol

“Qarabağ”: İbrahim Şehiç, Abbas Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Vild-Donald Gerrye, Rahid Əmirquliyev, Riçard Almeyda, Miçel, Mahir Mədətov, Pedro Enrike, Əfran İsmayılov