10:19 25-01-2018
news_image
652
STOLÜSTÜ OYUNLAR

Abdulla Qədimbəyli Azərbaycan çempionu oldu

Kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, liderlərin iştirak etmədiyi yarışın qalibi adına Abdulla Qədimbəyli yiyələnib.

 

O, 9 oyundan 7 xal toplayıb. Qədimbəyli ilə eyni xal yığıb, əlavə göstəricilərdə geri qalan Rəvan Əliyev ikinci yeri tutub. Bürünc medalı isə Məhəmməd Muradlı qazanıb. O, 6 xal toplayıb.

 

Qeyd edək ki, yarışda 16 zəka sahibi gücünü yoxlayıb.