22:25 25-01-2018
news_image
627
TOP OYUNLARI

Çempionlar Liqası: Azərbaycanlı hakim idarə etdi, Natalya hamını qabaqladı

Qadın voleybolçular arasında Çempionlar Liqasının III turuna start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Natalya Məmmədovanın çıxış etdiyi Kazan “Dinamo”su da növbəti oyununa çıxıb.

 

C qrupunda çıxış edən Tatarıstan təmsilçisi doğma meydanda “Vizura” ilə qarşılaşıb. Serbiya klubu ilə görüş “Dinamo”nun rahat qələbəsi ilə yekunlaşıb – 3:0 (25:18, 25:23, 25:11).

 

Oyunu yüksək səviyyədə keçirən Məmmədova komandasının qələbəsinə 13 xalla töhvə verib. O, matçın ən yaxşı oyunçusu və ən yaxşı hücumçusu seçilib.

 

Qeyd edək ki, qarşılaşmanın hakimlərindən biri həmyerlimiz Eldar Zülfüqarov olub.