00:22 26-01-2018
news_image
667
DİGƏR NÖVLƏR

İdmançımız dünya kubokunun 1/32 finalında

Almaniyanın Haydenhaym şəhərində 317 nəfər idmançının qatıldığı qılıncoynatma üzrə kişilərin Dünya Kuboku yarışına start verilib. Apasport.az saytının məlumatına görə, Şpaqaçımız Kənan Əliyev sözügedən yarışa uğurla başlayıb.

 

Qrup mərhələsində keçirdiyi 6 görüşün hamısını qalib başa vuran təmsilçimiz macarıstanlı, belçikalı, isveçrəli, kolumbiyalı, avstriyalı və venesuelalı rəqiblərini məğlub edərək qrupu lider tamamlayıb.

 

Bu nəticə idmançımıza 1/32 finala vəsiqə qazandırıb.
 

Bu mərhələnin görüşləri yanvarın 26-da keçiriəcək.