11:33 15-05-2008
news_image
437
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirdə qalib gəlmək şansını artırıb

Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Salou şəhərində təşkil olunan beynəlxalq şahmat turnirində VII turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışdakı yeganə təmsilçimiz Azər Mirzəyev uğurlu çıxışını davam etdirir. İspaniyada yaşayan beynəlxalq qrossmeysterimiz hesabat turunda rusiyalı reytinq favorit Vladimir Burmakini məğlub edərək liderlik mövqeyini möhkəmləndirib. Xallarının sayını 6-ya çatdıran A.Mirzəyev bu gün ikinci pillədə qərarlaşan ukraynalı Sergey Krivaşeylə (5,5 xal) qarşılaşacaq. Sabah başa çatacaq və 8145 avro mükafat fondu olan yarışda 56 şahmatçı mübarizə aparır.