00:02 27-01-2018
news_image
597
DİGƏR NÖVLƏR

İdmançımız dünya çempionatında 20-ci oldu

Almaniyanın Haydenhaym şəhərində 317 nəfər idmançının qatıldığı qılıncoynatma üzrə kişilərin Dünya Kuboku yarışı başa çatıb. Apasport.az saytının məlumatına görə, şpaqaçımız Kənan Əliyev sözügedən yarışda çıxışını başa vurub.

 

1/32 finalda rumıniyalı Andrey Timoceyə qalib gələrək, növbəti mərhələyə yüksələn Kənanın rəqibi Cənubi Koreya təmsilçisi Kveon Yanqjun olub.

 

Şpaqaçımızın 1/16 final qarşılaşması rəqibin qələbəsi ilə başa çatıb.

 

Beləliklə, Kənan 317 idmançının yarışdığı Dünya Kubokunda 20-ci yeri tutub.