11:13 27-01-2018
news_image
568
FUTBOL

Sançesdən uğurlu debüt, “Mançester Yunayted” növbəti mərhələdə - VİDEO

İngiltərə Federasiya Kubokunda 1/16 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 görüş keçirilib.

 

“Şeffild Venzdi” “Ridinq” üzərində 3:1 hesablı qələbə qazanaraq 1/8 finala adlayıbsa, “Mançester Yunayted” “Yeovil”ə aman verməyib. “Qırmızı şeytanlar”ın 4 cavabsız qolla mərhələ adladıqları qarşılaşmada komandanın yeni transferi Aleksis Sançes debüt matçında 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

“Yeovil” – “Mançester Yunayted” – 0:4

Qollar: Reşford, 41; Errera, 61; Linqard, 89; Lukaku, 90+3