20:43 29-01-2018
news_image
3234
FUTBOL

“Qarabağ” “Sarayevo”ya uduzdu - YENİLƏNİB

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün 5-ci yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi “Sarayevo” ilə üz-üzə gəlib.

 

Görüş çempionumuzun 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 

 

Qeyd edək ki, “Qarabağ” bundan əvvəl Antalya toplanışı çərçivəsində “Kuban” (Rusiya – 2:2),  “Lexiya” (Polşa – 1:1) və “Şkupi” (Makedoniya – 0:0) ilə heç-heçə edib, “Mariupol”a (Ukrayna - 2:3) məğlub olub.

 

 

Yoxlama görüşü

29 yanvar

 

“Qarabağ” (Azərbaycan) – “Sarayevo” (Bosniya və Herseqovina) - 0:2

“Qarabağ”ın start heyəti: Anton Kanibolotski, Əsgər Hüseynov, Yakub Jezniçak, Arif Daşdəmirov, Ansi Aqolli, Vild-Donald Gerye, Nicat Süleymanov, Ağabala Ramazanov, Miçel, Pedro Enrike, Dani Kintana