11:06 29-01-2018
news_image
569
DİGƏR NÖVLƏR

Fiqurlu konkisürənimiz çempion oldu

İslandiyanın paytaxtı Reykyavikdə fiqurlu konkisürmə üzrə beynəlxalq oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan da təmsil olunub.

 

Ölkəmizin şərəfini milliləşdirilmiş amerikalı Morqan Flud qoruyub. Məcburi və sərbəst proqramda birinci olan 18 yaşlı legioner yekunda qızıl medala yiyələnib. O, 117,79 xal toplayıb.