09:37 30-01-2018
news_image
329
TOP OYUNLARI

Məmmədovanın komandası liderliyini qorudu

Qadın voleybolçular arasında Rusiya Superliqasında XVI turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin oyunçuları da meydana çıxıblar.

 

Belə ki, Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su “Zariçye-Odintsovo”nu qəbul edib. Qarşılaşma 3:1 hesabı ilə Tatarıstan təmsilçisinin xeyrinə başa çatıb. Məmmədova matçda 16 xal toplayıb.

 

Yığmamızın blokçusu Kseniya Poznyakın kapitanı olduğu “Leninqradka” isə səfərdə “Proton”la üz-üzə gəlib. Matç Sankt-Peterburq klubunun qələbəsi ilə yekunlaşıb – 3:0. Poznyak qalib gəldikləri görüşdə 5 xal yığıb.

 

Qeyd edək ki, Kazan “Dinamo”su 16 oyundan sonra liderliyini qoruyub. Aktivində 45 xalı olan komanda turnir cədvəlinə başçılıq edir. “Leninqradka” isə 18 xalla 7-cidi.