09:15 01-02-2018
news_image
531
TOP OYUNLARI

Yığmamızın oyunçusu Türkiyədə bombardir oldu

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında XVII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalar Azərbaycan millisinin üzvlərinin qələbəsi ilə başa çatıb.

 

Belə ki, Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” səfərdə “Nilüfer Belediyespor”la üz-üzə gəlib. Görüş “sarı-lacivərdlilər”in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Rəhimova 26 xalla komandasının ən yaxşısı olub.

 

Millimizin digər hücumçusu Yana Kulanın çıxış etdiyi “Beylikdüzü” də turu 3 xalla başa vurub. Onlar evdə “Halkbank”a 3:0 hesabı ilə qalib gəliblər. Kulan 25 xal toplamaqla matçın bombardiri seçilib.

 

Yığmamızın kapitanı Odina Bayramovanın formasını geyindiyi “Seramiksan” isə “Qalatasaray” səfərindən 1 xalla qayıdıb. 2:3 hesablı məğlubiyyətdə təmsilçimiz 16 xal yığıb.

 

Bu oyunçulardan fərqli, Marqarita Əzizova “Beşiktaş”ın “Bursa BB” ilə görüşünün son setində meydana çıxıb və 1 dəqiq zərbə vurub. Komandası isə evdə 0:3 hesabı ilə uduzub.

 

Qeyd edək ki, 17 turdan sonra “Fənərbaxça” 39 xalla turnir cədvəlində 3-cüdü. Aktivində 20 xalı olan “Beşiktaş” 7-ci, 17 xala malik “Beylikdüzü” ilə “Seramiksan” 9-10-cu yerləri bölüşürlər.