18:32 02-02-2018
news_image
3649
TOP OYUNLARI

"Azərreyl" I dövrənin qalibi oldu - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, çempionatın III turunda 2 qarşılaşma baş tutub.

 

Günə “Abşeron” - “Azərreyl” oyunu ilə start verilib. İlk 2 qarşılaşmada set vermədən qalib gələn komandaların mübarizəsində “dəmiryolçular” sevinən tərəf olub. İlk setdə uduzub, sonda əzmkar qələbə əldə edən “Azərreyl” bununla da I dövrənin qalibi olub.

 

Turun digər oyununda isə “Lokomotiv”lə AVF görüşüb. Matç sonuncuların qələbəsi ilə nəticələnib. İlk xallarını qazanan AVF autsayderi 3 setdə məğlub edib.


2 fevral

III tur

“Abşeron” – “Azərreyl” - 1:3 (26:24, 12:25, 15:25, 19:25)

“Lokomotiv” – AVF – 0:3 (12:25, 19:25, 14:25)

 

N

Komanda

O

Q

M

S

T

X

1

Azərreyl

3

3

0

9-1

249-171

9

2

Abşeron

3

2

1

7-3

222-209

6

3

ABF

3

1

2

3-6

183-195

3

4

Lokomotiv

3

0

3

0-9

146-225

0