10:52 02-02-2018
news_image
704
FUTBOL

“Barselona” finalın bir addımlığında - VİDEO

İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, dünən “Barselona” “Nou Kamp”da “Valensiya”nı qəbul edib.

 

La Liqanın lideri Luis Suaresin 67-ci dəqiqədə vurduğu yeganə qol sayəsində qələbə qazanıb. Mərhələnin bir gün əvvəl keçirilən digər matçında isə “Sevilya” səfərdə “Leqanes”lə qollu (1:1) bərabərə qalıb.

 

Cavab oyunları fevralın 7-8-də keçiriləcək. Əvvəlcə ayın 7-də “Sevilya” “Leqanes”i qəbul edəcək. Ertəsi gün isə “Barselona” “Valensiya” səfərində olacaq.

 

İspaniya Kral Kuboku

Yarımfinal, ilk oyun

 

“Barselona” – “Valensiya” – 1:0

Qol: Luis Suares, 67