13:17 02-02-2018
news_image
559
FUTBOL

Azərbaycan – Fransa: Kim şanslıdı?

Futzal üzrə Azərbaycan millisinin bu gün Sloveniyanın Lyublyana şəhərində Fransa yığması ilə keçirəcəyi oyun üçün əmsallar açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünyanın aparıcı bukmeker kontorları AVRO-2018-in final mərhələsinin D qrupunda baş tutacaq II turun matçında Joze Alesionun yetirmələrini şanslı sayır.

 

Belə ki, yığmamızın qələbəsi 1,68 əmsalla qiymətləndirildiyi halda, rəqibin qalib gəlməsinə 3,35 əmsal verilib. Görüşdə heç-heçə proqnozlaşdıranlara isə əmanətlərini 4,40 dəfə artırmaq şansı verilib.

 

Görüşdə 7 və ya daha çox qol vurulmasının əmsalı 1,59, bundan az olması isə 2,14-lə dəyərləndirilib.

 

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq