10:21 16-05-2008
news_image
421
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları “Prezident Kuboku”nda xal itkisi ilə üzləşiblər

Bakı. Kənan Həsənov-APA-Sport. Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident kuboku” beynəlxalq şahmat festivalı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, festivalın nüfuzlu açıq birinciliyində IV turun oyunları keçirilib. Növbəti qələbələrini qazanan Yevgeni Nayer, Aleksandr Lastin (hər ikisi Rusiya), Marat Jumayev (Özbəkistan) və reytinq favorit Vadim Milovun (İsveçrə) hesabında 4 xal var. Hesabat turunadək maksimum nəticə göstərən Azərbaycan şahmatçıları isə xal itkisinə yol veriblər. Görüşlərini heç-heçə ilə başa vuran Eltac Səfərli və Vasif Durarbəyli 3,5 xalla liderlərin ən yaxın izləyiciləridirlər. Məğlubiyyətlə barışan Qədir Hüseynov, Nicat Məmmədov və Loğman Quliyev (hamısı 3 xal) isə mövqelərini əldən veriblər. Paralel olaraq təşkil edilən veteranların birinciliyində beş oyundan 4 xal toplayan Eldar Cahangirovla Raviz Babayev ön sırada qərarlaşıblar. Uşaqların yarışında isə VI turdan sonra Zaur Məmmədov (5,5 xal) vahid liderdir.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən festivalın mükafat fondu 85000 ABŞ dolları həcmində müəyyənləşdirilib. Açıq turnirin qalibi 7000 dollar və kuboka sahib çıxacaq.