20:50 02-02-2018
news_image
293
TOP OYUNLARI

"Hədəfimiz onlara güc qazandırıb, yığmaya hazırlamaqdı"

"Üçüncü oyunumuzu keçirdik. Təbii ki, hələ də tam olaraq oturuşmuş komanda deyilik". Apasport.az saytının Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət AVF klubunun baş məşqçisi Adnan Kistak deyib.

 

Azərbaycan Super Liqasının I dövrəsinin son turunda "Lokomotiv"lə qarşılaşan AVF autsayderi 3:0 hesabı ilə məğlub edərək, ilk qələbəsini qazanıb.

 

Görüşlə bağlı fikirlərini bölüşən Kistak getdikcə daha güclü olacaqlarını söyləyib: "Oyundan-oyuna güclənirik və daha yaxşı çıxış edirik. Hədəfimiz həm çempionatda yüksək yerlərdən birini tutmaq, həm də gənc oyunçulara təcrübə və güc qazandırıb, onları yığma üçün tam hazırlamaqdı".