00:24 03-02-2018
news_image
361
FUTBOL

"Sloveniyanı finalçı kimi tərk etməyi arzulayıram"

"Komandamız bu gün çox gözəl oyun nümayiş etdirməklə bərabər, lazım olan nəticəni də qazandı". Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Futzal Federasiyasının rəsmi feysbuk səhifəsinə açıqlamasında Gənclər və İdman Nazirliyi İdman şöbəsi futbol sektorunun müdiri Fikrət Hüseynov deyib.

 

O, AVRO-2018-in qrup mərhələsi çərçivəsində baş tutan Azərbaycan - Fransa (5:3) matçını dəyərləndirib.

 

Hüseynov qitə birinciliyi ilə bağlı arzusunu da dilə gətirib: "Qrupumuzun ilk oyununda İspaniya və Fransa komandalarının oyununda 4:4 hesabı qeydə alındı. Bu nəticədən sonra bizi Fransa ilə görüşdə ancaq qələbə qane edirdi. Komandamız gözəl oyun göstərdi və lazımi nəticəni qazandı. Bütün idman sevərləri nazirliyin və öz adımızdan təbrik edirik. Bu uğurun davamının gəlməsini arzulayıram. Növbəti oyunda İspaniya ilə qarşılaşacağıq. Əlbəttə ki, ancaq qələbə haqda düşünürük. Arzulayıram ki, Sloveniyanı yarışın son günü finalçı kimi tərk edək”.