01:05 03-02-2018
news_image
2202
FUTBOL

"Azərbaycan yığması elə mərhələyə çatıb ki..." - Rauf Əliyev

"Biz də çox həyəcanlı idik, oyun da kifayət qədər həyəcanlı, gərgin keçdi". Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, bunu AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev deyib.

 

Futzal üzrə Azərbaycan millisinin AVRO-2018-in qrup mərhələsində Fransa ilə oyununu izləyən millət vəkili sevinc hisslərini bölüşüb.

 

O, komandamızın İspaniya ilə görüşdə daha yaxşı çıxış edəcəyinə inandığını əlavə edib: “Millimizin yer aldığı qrupda bizdən əvvəl Fransa və İspaniya qarşılaşmışdı. Fransanın güclü İspaniya ilə 4:4 hesablı heç-heçə etməsindən sonra əksəriyyət millimizin necə oynayacağını, hansı nəticəni qazanacağını düşünürdü. Düzgün strategiyanın seçilməsi nəticənin uğurlu alınmasında başlıca rol oynadı. Bu gün cənab prezidentimizin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün növləri inkişaf etdirilir. Artıq Azərbaycan yığması elə bir mərhələyə çatıb ki, heç bir rəqibdən çəkinmək, qorxmaq mümkün deyil. Futzalçılarımız öz oyunlarını göstərdilər, həyəcanlı anlar yaşatsalar da, inamlı qələbə qazandılar.  Bugünkü qələbə İspaniya ilə oyunda daha yaxşı çıxış edəcəyimizə inam yaratdı. Komandamız ikinci görüşünün nəticəsindən asılı olmayaraq, artıq 1/4 final mərhələsinə vəsiqə qazanıb. Təbii ki, bunun özü böyük nailiyyətdi. Bu uğurun əldə edilməsinə görə, AFFA və futzal federasiyasının rəhbərliyinə təşəkkür edirik. Yaxşı oyuna görə azarkeşlərimiz bizi, biz də qazanılan nəticəyə və komandamızı daim dəstəklədiklərinə  görə, onları təbrik edirik”.

 

Qeyd edək ki, Azərbaycan - Fransa qarşılaşması yığmamızın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.