21:26 03-02-2018
news_image
7677
FUTBOL

“Qarabağ” hazırlığı bərabərliklə başa vurdu - YENİLƏNİB

Antalyada təlim-məşq toplanışıda olan “Qarabağ” bu gün sonuncu yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun rəqibi “Mladost” olub.

 

Türkiyədəki ilk 5 görüşün heç birində qələbə qazana bilməyən ağdamlıların Monteneqro təmsilçisi ilə qarşılaşması da bərabərliklə başa çatıb. 1:1 hesabı ilə yekunlaşan oyunda ağdamlıların qolunu Mahir Mədətov vurub.

 

Qeyd edək ki, “Qarabağ” hazırlıq çərçivəsində buna qədər “Kuban” (Rusiya - 2:2), “Lexiya” (Qdansk, Polşa - 1:1), “Şkupi” (Makedoniya - 0:0), “Mariupol” (Ukrayna - 2:3) və “Sarayevo” (Bosniya və Herseqovina - 0:2) ilə oynayıb.

 

 

Yoxlama görüşü

3 fevral

 

“Qarabağ” (Azərbaycan) – “Mladost” (Podqoritsa, Monteneqro) - 1:1

Qol: Mahir Mədətov, 30

 

“Qarabağ”: Anton Kanibolotski, Rəşad Sadıqov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerye, Rahid Əmirquliyev, Riçard Alemyda, Mahir Mədətov, Coşqun Diniyev, Pedro Enrike, Dani Kintana