12:32 03-02-2018
news_image
425
TOP OYUNLARI

Bir oyunda iki bombardir

Qadın həndbolçular arasında keçirilən “Çelenc Cup”ın 1/8 final mərhələsinə ilk oyunları çərçivəsində keçirilən “Kristianstad” - “Azəryol” matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, İsveç təmsilçisinin 30:23 hesablı qələbəsi ilə başa çatan görüşün ən məhsuldar oyunçuları 7 dəfə fərqləniblər.

 

Bakıdakı qarşılaşmaya nominal qonaq kimi çıxan “Azəryol”un heyətində Valentina Yankulovskaya, skandinaviyalılarda isə Əsli İskit matçın bombardirləri olub.

 

Təmsilçimizin heyətində Mariya Raçteleva 4, İranə Qasımovayla İrina Sutırka hərəyə 3 qola sevinib. Anna Burova ilə Vlada Kosmina rəqib qapısına hərəyə 2 dəfə yol tapıb. Dana Rusinovayla Anastasiya Metelskanın hesabına 1 qol var.

 

Qeyd edək ki, “Azəryol”un “Kristianstad”la 2-ci oyunu bu gün Bakıda keçirəcək. “ABU Arena”dakı görüş saat 17:00-da başlayacaq.